Braziliya millisi ilə ikiqat dünya çempionu Ronaldo Nazario Madriddə restorandan sərxoş halda çıxarkən görüntülənib.
Qaynarinfo xəbər verir ki, video sosial şəbəkələrdə yayılıb.
Qeyd edə ki, Ronaldonun sahibi olduğu İspaniyanın "Valyadolid" klubu ciddi problemləri yaşayır. Komanda 100 illik fəaliyyətində ilk dəfə səkkiz matçda məğlub olub və 34 turda 16 xal toplayaraq La Liqanın turnir cədvəlində sonuncu yerdədir. Mövsüm başa çatdıqdan sonra klub Sequndaya düşəcək.
Ronaldo 2018-ci ilin sentyabrında "Valyadolid"in sahibi olub. Onun rəhbərliyi altında komanda üçüncü dəfə La Liqadan ayrılıb. Videonun yayılmasından daha da qəzəblənən fanatlar sosial şəbəkələrdə Ronaldonun klubdan getməsini tələb ediblər.
Ronaldo ikiqat dünya çempionu, vitse-dünya çempionu, ikiqat Amerika kubokunun qalibi, "Castrol Index" araşdırmasının nəticələrinə görə Dünya Kuboku tarixinin ən yaxşı futbolçusu, 1998 və 2002 Dünya Kuboklarının ən yaxşı kənar oyunçusu və 2002 Dünya Kubokunun bombardiridir.
Aydın
Şərhlər