Xəbər lenti

Qurban Qurbanov Duranın transferini təsdiqlədi
İdman 14:04 26.08.2025

Qurban Qurbanov Duranın transferini təsdiqlədi

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Kamilo Duranın kluba keçidini təsdiqləyib.  

Qaynarinfo "Qafqazinfo"ya istinadən xəbər verir ki, o bu barədə UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Ferentsvaroş”la oyundan əvvəl keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, futbolçunun kluba keçid xəbəri doğrudur.

Qeyd edək ki, 23 yaşlı kolumbiyalı hücumçu ölkəsinin U-20 yığmasının formasını geyinib. Cənubi amerikalı yerli "Medellin”də futbolun sirlərini öyrənib. 2021-ci ildə Braziliyalının məşhur klublarından "Flamenqo”ya icarəyə verilib. Bir il sonra Portuqaliyaya - "Lusitania”ya getsə də, buradan tez ayrılıb. Ardınca "Estrela”nın U-23 komandasına keçib. 2024-cü ildə Portuqaliyanın II Liqasında "Portimonenze”yə üz tutub.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->