Xəbər lenti

Müəllimin sinif otağında ölməsinin təfərrüatı... (VİDEO)
Video 09:57 18.12.2025

Müəllimin sinif otağında ölməsinin təfərrüatı... (VİDEO)

Xəbər verdiyimiz kimi, Qaradağ rayon, Korgöz qəsəbəsində 29 ildir ibtidai sinif müəllimi işləyən Sevda Həsənova dünən elə dərs dediyi sinif otağında vəfat edib.

Sevda müəllimi illərdir dərsə qayınatası aparıb gətirib, elə hadisə baş verən gün də səhər məktəbə sağ-salamat apardığı gəlininin ölüm xəbərini də ilk qayınatası alıb.

Üç övlad anası olan müəllimin ürəyində problem olub, bir müddət əvvəl ona stent qoyulub. Yaxınları deyir ki, əməliyyatdan sonra sağlamlıqla bağlı heç bir şikayəti olmayıb.

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi isə təcili yardım briqadasının hadisə yerinə gec gəlməsi iddiaları ilə razılaşmayıblar.

Daha ətraflı "Xəzər” TV-nin videomaterialında:

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->