Xəbər lenti

Müdafiə Sənayesi Nazirliyində kadr dəyişikliyi
Ekonomiks 10:49 15.05.2025

Müdafiə Sənayesi Nazirliyində kadr dəyişikliyi

Müdafiə Sənayesi Nazirliyinə məxsus "Mərkəzi Təminat və Marketinq İdarəsi” MMC-nin direktoru Qabil Eyyubov vəzifəsindən azad edilib.

Şirkətə rəhbərlik Soltan Qasımova həvalə olunub.

O, yaxın aylara qədər nazirliyə məxsus "Radioquraşdırma Zavodu" MMC-nin direktoru olub.

Xatırladaq ki, "Mərkəzi Təminat və Marketinq İdarəsi” ölkə Prezidentinin 27 sentyabr 2006-cı il tarixli fərmanı əsasında yaradılıb. İdarənin fəaliyyəti əsasən nazirliyin və onun tabeliyində olan müəssisələrin fəaliyyətlərinin həyata keçirməsini təmin etmək üçün avadanlıq, dəstləşdirici hissələrin və mal-material dəyərlərinin təchizatı ilə bağlı işlər və digər xidmətlərin təşkilindən ibarətdir.//report.az

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->