Xəbər lenti

MS-13-ün 248 üzvünə hökm oxundu: Biri 1335 il həbs cəzası aldı
Dünya 15:29 22.12.2025

MS-13-ün 248 üzvünə hökm oxundu: Biri 1335 il həbs cəzası aldı

El Salvador məhkəməsi beynəlxalq "Mara Salvatrucha" (MS-13) cinayət dəstəsinin 248 üzvü barəsində hökm çıxarıb. 

Qaynarinfo xəbər verir ki, onlardan 10 nəfəri bir neçə yüz il müddətinə azadlıqdan məhrum edilib, bir cinayətkar isə 1335 il həbs cəzası verilib. Bu barədə ölkənin baş prokurorluğunun ofisi məlumat yayıb.

El Salvador prezidenti Nayib Bukele 2022-ci ilin martında cinayətkar qruplaşmalara qarşı müharibə elan edərək fövqəladə vəziyyət rejimi tətbiq edib. Bu rejim məhkəmə orderi olmadan həbslərə imkan verir. Həmin vaxtdan etibarən dəstələrlə əlaqədə şübhəli bilinən 90 mindən çox şəxs saxlanılıb. Onlardan yalnız 8 mini sonradan ittiham irəli sürülmədən azadlığa buraxılıb.

Baş prokurorluğun ofisinin açıqlamasında qeyd olunur ki, məhkəmə MS-13-ün 248 üzvü barəsində "nümunəvi hökmlər” çıxarıb. Onlara qarşı irəli sürülən ittihamlar arasında 42 qətl və 42 adam oğurluğu faktı da yer alıb.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->