Xəbər lenti

Mərkəzi Nəbatat Bağında piknik sahəsi bağlandı (SƏBƏB)
Ölkə 13:35 07.08.2025

Mərkəzi Nəbatat Bağında piknik sahəsi bağlandı (SƏBƏB)

Mərkəzi Nəbatat Bağında piknik sahəsi müvəqqəti olaraq bağlanıb.

İqtisadiyyat.az xəbər verir ki, buna səbəb ümumi dezinfeksiya işlərinin aparılmasıdır.

Mərkəzi Nəbatat Bağından piknik sahəsinin ümumi dezinfeksiya işləri ilə əlaqədar olaraq müvəqqəti bağlandığı barədə məlumat təsdiqlənib.

Qeyd edək ki, Mərkəzi Nəbatat Bağında bir neçə gün əvvəl azyaşlını ilan sancması barədə məlumatlar yayılıb. Bağ isə orada yaşayan istənilən növ canlıların, o cümlədən həşəratların mövcudluğunun mümkün olduğunu açıqlayıb. Ziyarətçilərdən təyin olunmuş yerlərdə gəzmələri, azyaşlıları diqqətdən kənar qoymamaları xahiş edilib.

Bundan sonra isə iyulun 30-dan bağda sanitar-gigiyena tədbirləri çərçivəsində genişmiqyaslı dezinfeksiya işlərinə başlanılıb. Bağın giriş hissəsi, uşaq meydançası və piknik zonasına xüsusi preparatlar tətbiq edilərək təmizlənib. Ümumi dezinfeksiya işləri sistemli şəkildə davam etdirilir.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->