Xəbər lenti

Mehriban Əliyeva Arif Babayevin vəfatı ilə bağlı paylaşım etdi
Sənət 10:32 01.08.2025

Mehriban Əliyeva Arif Babayevin vəfatı ilə bağlı paylaşım etdi

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Xalq artisti Arif Babayevin vəfatı ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib.

Qaynarinfo xəbər verir ki, paylaşımda deyilir:

"Azərbaycan muğam sənətinin görkəmli nümayəndəsi Arif Babayevin vəfatı mədəniyyətimiz, bütün xalqımız üçün əvəzsiz itkidir. O, yaşından asılı olmayaraq hər kəsin sevdiyi əsl Xalq artisti idi. Onun məharətlə ifa etdiyi muğamlar milli musiqi irsimizi daha da zənginləşdirmişdir. Arif Babayevin xoş, nurlu xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır. Allah rəhmət eləsin".

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->