Fransa millisinin və PSJ klubunun sabiq hücumçusu, hazırda "Real Madrid"də çıxış edən Kilian Mbappe zorlamada ittiham olunan keçmiş komanda yoldaşı Əşrəf Hakimi ilə bağlı istintaqa ifadə verib.
Qaynarifno xəbər verir ki, məlumatı "L’Equipe" nəşri yayıb.
Mbappe ifadəsində bildirib: "Hakimi qadınlara həmişə hörmətlə yanaşıb. Onun sərxoş olanda belə təxribatçı davrandığını görməmişəm. Heç vaxt dostlarımızdan da onun qeyri-etik davranışları barədə eşitməmişəm".
Hadisənin 2023-cü ilin fevralında Hakiminin yaşadığı mənzildə baş verdiyi bildirilir. Zərərçəkən qadın həmin il polisə verdiyi ifadədə futbolçunun onun razılığı olmadan zorakı hərəkətlər etdiyini deyib. Onun sözlərinə görə, Hakimini ayağı ilə itələyərək evdən çıxmağa müvəffəq olub.
Ertəsi gün qadın polisə müraciət etsə də, daha sonra rəsmi şikayət verməkdən imtina edib. Lakin Paris prokurorluğu istintaqı öz təşəbbüsü ilə davam etdirməyə qərar verib.
2025-ci il avqustun 1-də hazırlanan yekun ittiham aktı artıq hazırdır və indi istintaq hakimi bu sənədi təsdiq etməli və ya rədd etməlidir. Hakimi 15 ilədək azadlıqdan məhrum edilə bilər.
Aydın
Şərhlər