Dövlət borcumuzla bağlı vəziyyətimizi qısa olaraq şərh etmək istərdim. Bu gün Azərbaycan dünyada həm ümumi dövlət borcunun ÜDM-ə nisbəti baxımından, həm xarici dövlət borcunun ÜDM-ə nisbəti baxımından ən yaxşı göstəricilərə sahib ölkələrdən biridir.
Qaynarinfo xəbər verir ki bu fikirləri maliyyə naziri Sahil Babayev Milli Məclisdə büdcə müzakirəsi zamanı deyib.
Biz bu göstəriciləri qorumağa çalışırıq. 2029-cu ilin sonuna qədər dövlət borcunun ÜDM-ə nisbətini 21.2 faiz proqnozlaşdırırıq. Xatırlatmaq istəyirəm ki bir çox ölkələrdə bu rəqəm 100 faizə yaxındır. Azərbaycan bu istiqamətdə də sabitliyi qorumuş ölkələrdən biridir.
Qafqaz Rafiqoğlu
Şərhlər