ABŞ-ın Kentukki ştatında "Powerball" lotereyasından 167,3 milyon dollar udan Ceyms Farthinq polis əməkdaşına hücum etdiyi üçün həbs olunub.
Qaynarinfo zəbər verir ki,.Bu barədə "WKYT" telekanalı məlumat yayıb.
50 yaşlı Farthinq 26 aprel, şənbə günü böyük məbləğdə uduş qazandığını öyrənib. O, ertəsi gün sevgilisi və anası ilə birlikdə mükafatını almaq üçün yola çıxıb və qalibiyyətini onlarla bölüşməyi planlaşdırıb.
Lakin hadisədən bir neçə gün sonra, Floridada yerləşən çimərlik barında baş verən insident nəticəsində Farthinq saxlanılıb. Məlumata görə, o, əvvəlcə otelin digər qonağını yumruqla vurub, sonra isə vəziyyətə müdaxilə edən polis əməkdaşına ayaqla zərbə endirib.
Hadisə zamanı Farthinqin 42 yaşlı sevgilisi Jaklin Faytmaster də otel qonaqları ilə münaqişəyə qoşulub və nəticədə o da həbs edilib. Lakin qadın sonradan sərbəst buraxılıb. Farthing üçün isə 10 min dollar məbləğində girov təyin olunub. Onun bu məbləği ödəyib-ödəmədiyi hələlik bəlli deyil.
Aydın
Şərhlər