Xəbər lenti

Kinematoqrafçılar İttifaqı səfirliyin şərhindən razı qalıb
Ölkə 12:15 31.07.2025

Kinematoqrafçılar İttifaqı səfirliyin şərhindən razı qalıb

Xəbər verdiyimiz kimi, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev tanınmış aktyor, rejissor Ceyhun Mirzəyevin hazırda Moskvada yaşayan qızının taleyi ilə bağlı Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyinə müraciət ünvanlamışdı. 

Qaynarinfo xəbər verir ki, müraciətlə bağlı səfirliyin nümayəndəsi ittifaqın rəhbəri Rasim Balayevlə əlaqə qurub, durumla bağlı atıla biləcək addımlar barədə şərh verib. Məsələnin hüquqi və mənəvi özəllikləri qeyd edilib və görüləcək vacib tədbirlər müzakirə olunub. 

Buna cavab olaraq Azərbaycan Kinematoqrafçılar İttifaqından Qaynarinfo-ya bildirilib ki, səfirliyə müraciətdən sonra verilən şərhlərdən razı qalınıb və gündəlikdəki məsələnin həlli ilə bağlı səylər davam edəcək.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->