Qaxda istirahətdən qayıdan uşaq bağçasının işçiləri qəzaya düşüblər.
Qaynarinfo APA-ya istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında Qax-İlisu avtomobil yolunun Qaxbaş kəndi ərazisindən keçən hissəsində baş verib.
Rayonun İlisu kəndindən Qax şəhəri istiqamətində hərəkətdə olan sərnişin mikroavtobusu idarəetmədən çıxaraq yolun kənarındakı işıq dirəyinə çırpılıb.
Qəza zamanı mikroavtobusda olan rayonun Qum kənd sakinləri - 65 yaşlı Xanpəri Osman qızı Nurməmmədova, 64 yaşlı Məryət Omar qızı İsaqova, 64 yaşlı Qalya Şakir qızı Sultanova və şəxsiyyətləri hələ ki məlum olmayan daha üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə yerləşdiriliblər.
Qəzada xəsarət alan şəxslərin hamısı Qax rayonu Qum kənd körpələr evi və uşaq bağçasının işçiləridir.
Faktla bağlı Qax Rayon Polis Şöbəsində araşdırma aparılır.
Şərhlər