Sahibkar harada olur-olsun, hər zaman biznesini düşünür. Çünki iş dayanmır, biznes gözləmir. "Yelo Bank" ASC isə bu ritmi anlayır, sahibkarların gündəlik ehtiyaclarını dinləyir və onların işini asanlaşdırmaq üçün daim yenilənir.
Bu yanaşmanın ardı kimi "Yelo Bank" İnternet Bankçılıq xidmətini yeniləyib. Yeni dizaynlı platforma daha sadə interfeys, daha çevik əməliyyatlar və ikiqat təhlükəsizliklə sahibkarlara 24/7 bankçılıq rahatlığı təqdim edir. İstər kompüterdə, istər smartfonda xidmətdən eyni rahatlıqla istifadə etmək mümkündür.
Bankın məqsədi biznes sahiblərinə yalnız maliyyə xidmətləri təqdim etmək deyil, həm də onların gündəlik iş yükünü azaltmaq, vaxtlarını qorumaq və rəqəmsal imkanlarla gücləndirməkdir. Bu məqsədlə "Yelo Bank" Azərbaycan bank sektorunda bir ilkə imza ataraq İnternet Bankçılıq üzərindən reysqabağı texniki yoxlama ödənişi funksiyasını istifadəyə verib. Bu xidmət sayəsində sərnişin və yük daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin reysqabağı yoxlaması üçün nəzərdə tutulan ödənişlər artıq onlayn şəkildə, istənilən məkandan və vaxt itirmədən həyata keçirilə bilər.
"Yelo" İnternet Bankçılıq biznesini hər yerdə idarə etmək istəyən sahibkarlar üçün yeniləndi. İndi istifadəyə başla, biznesini rəqəmsal rahatlıqla idarə et:
https://bit.ly/4fUhclX.
Yelo Bank – Parlaq bankçılıq!
Şərhlər