Xəbər lenti

İcra Hakimiyyəti 111 min manat ekskavator alır
Ekonomiks 18:55 25.12.2025

İcra Hakimiyyəti 111 min manat ekskavator alır

Qobustan Rayon İcra Hakimiyyəti "Alfa Motors Company” MMC ilə satınalma müqaviləsi imzalayacaq. 

Qaynarinfo-nun məlumatına görə, qurum şirkətdən yükləyici ekskavator almağı planlaşdırır.

Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 111 500 manatdır. 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Alfa Motors Company” MMC 11 oktyabr 2021-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 manatdır. Hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu, akademik Şamil Əzizbəyov küçəsi, ev 22-də yerləşən şirkətin qanuni təmsilçisi Xalıqov Mehdi Pərvaz oğludur. 

Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında heç bir məlumat yoxdur. 

Seyid

--> -->