Xəbər lenti

Əmanətçilərin pullarını əsasən milli valyutada saxlamasının səbəbi nədir?
Ekonomiks 17:30 25.12.2025

Əmanətçilərin pullarını əsasən milli valyutada saxlamasının səbəbi nədir?

Mərkəzi Bank 2025-ci il üçün pullarını banklarda milli valyutada saxlayan əmanətçilərin sayını açıqlayıb.

Qurumdan verilən məlumata görə, 2025-ci ilin dekabrın 1-nə Azərbaycanda banklarda fiziki şәxslәrin әmanәtlәrinin 67,5%-i (10,7 milyard manat) milli valyutada, 32,5%-i (5,146 milyard manat) xarici valyutadadır.

İqtisadçı ekspert Əkrəm Həsənov Qaynarinfo-ya Azərbaycan əmanətçilərinin banklarda pullarını milli valyutada saxlamasının səbəblərini açıqlayıb:
 


"Xarici valyutada əmanətlərin faizi aşağıdır. O cümlədən də qorunan əmanətlərin. Əgər milli valyutada qorunan əmanətlərin faizi 12 faizdirsə, xarici valyutada 2,5%-di. Bizdə də insanlar daha çox qazanmaq istəyir.  Bu səbəbdən də əmanətçilər milli valyutaya üstünlük verir".

Bahar Rüstəmli
--> -->