Xəbər lenti

Elmira Axundovanın yaxın adamına qarşı şikayət təmin edilmədi
Ölkə 15:39 04.11.2025

Elmira Axundovanın yaxın adamına qarşı şikayət təmin edilmədi

Keçmiş deputat, Azərbaycanın Ukraynadakı sabiq səfiri Elmira Axundovanın adamı kimi tanınan, dələduzluğa görə 9 il azadlıqdan məhrum edilən Elnur İbrahimovun vaxtından əvvəl həbsdən azad edilməsi ilə bağlı qərardan verilmiş apellyasiya şikayətinə baxılıb. 

Qaynarinfo xəbər verir ki, Elnur İbrahimovun cinayət işi üzrə mülki iddiaçıların verdiyi şikayət təmin edilməyib. 

Mülki iddiaçılar Ali Məhkəməyə kassasiya şikayəti verməyə hazırlaşırlar. 

Elnur İbrahimov 2019-cu ildə Bakı Ağır Cinayətlər Məhkəməsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə mühakimə olunaraq 9 il müddətinə azadlıqdan məhrum edilib. Zərəçəkmişlər Elnur İbrahimovun cinayət işində Elmira Axundova və onun oğlu Həbib Axundovu da ittiham edirlər. Onların sözlərinə görə, 8 milyon manat vəsait dələduzluq yolu ilə ələ keçirilib. Bu pullar həmin vaxt Elmira Axundovanın oğlu Həbib Axundova verilib. Elnur İbrahimov isə bu cinayət işində sadəcə qurban verilib. 

2024-cü ildə isə Nizami Rayon Məhkəməsinin hakimi Nigar Qədirli qərarı ilə Elnur İbrahimov vaxtından əvvəl azad edilib. 

Seyid

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->