Müğənni Əli Mirəliyev bir müddət əvvəl başına gələn hadisədən danışıb.
Sənətçi Qaynarinfo-ya açıqlamasında bildirib ki, iti bağladığı zaman zənciri ayağına dolaşıb:
"Axşamüstü idi, dedim iti bağlayım. İti bağladığım yerdə dartındı. O qaçdıqca zəncir də getdi. Zənciri tutmaq istəyəndə keçdi ayağıma. Sol ayağımda çanaq hissə sındı. Dedim vəssalam, həyat bitdi, ağrıdan tərpənə bilmirdim".
Əli Mirəliyev gözünü xəstəxanada açdığını vurğulayıb:
"Əməliyyat olundum, bir müddət xəstəxanada qaldım, sonra həkimlər evə yazdı. Qızımgildəyəm, həkimlər hələ işə çıxmağıma icarə vermir".
Bahar Rüstəmli
Şərhlər