Xəbər lenti

Dünya 21:20 11.05.2025

"El-Klasiko"da fantastik oyun: 7 qol vuruldu

İspaniya La Liqasında 35-ci turun mərkəzi görüşü başa çatıb.

Qaynarinfo Oxu.Az-a istinadən xəbər verir ki, Kataloniyada "Barselona" ilə "Real Madrid" üz-üzə gəliblər.

Artıq 5-ci dəqiqədə "Real Madrid"in hücumçusu Kilian Mbappe penaltidən fərqlənərək matçda hesabı açıb. 14-cü dəqiqədə Mbappe dubla imza atıb. Bundan sonra meydan sahiblərinin qol şousu başlayıb.

Erik Qarsiya hesabdakı fərqi azaldıb. 32-ci dəqiqədə Lamin Yamal hesabı bərabərləşdirib. 34-cü dəqiqədə hücumçu Rafinya "Barselona"nı hesabda irəli çıxarıb. 45-ci dəqiqədə isə o, matçda ikinci qolunu vurub.

70-ci dəqiqədə Mbappe het-trikini rəsmiləşdirib. Lakin bundan artığına kral klubunun gücü çatmayıb - 4:3.

Beləliklə də, hazırda "Barselona" 82 xalla turnirə başçılıq edir. "Real Madrid" isə ondan 7 xal geri qalaraq ikinci yerdədir.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->