Xəbər lenti

Dəniz suyu toksinləri atır, immuniteti gücləndirir
Sağlamlıq 22:19 02.08.2025

Dəniz suyu toksinləri atır, immuniteti gücləndirir

Holistik sağlamlıq (insanın bədən, ağıl, ruh və emosional vəziyyətinin bütöv şəkildə qiymətləndirildiyi və müalicə olunduğu sağlamlıq yanaşması) üzrə mütəxəssis Merve Tüfekçi Emre dəniz suyunun zərərsizləşdirici təsirindən dalğa səslərinin beyin dalğalarına təsirinə, qum üzərində gəzməyin torpaqlama və mənfi enerji təmizləmə faydalarına qədər ən çox verilən sualları cavablandırıb.

Qaynarinfo "Hürriyet"ə istinadən xəbər verir ki, dəniz suyu dəridəki məsamələri açaraq tərləməni artırır və toksinlərin bədəndən çıxmasına kömək edir. Tərkibindəki duz və minerallar detoks təsiri yaradaraq limfa sisteminin daha səmərəli işləməsinə yardımçı olur. Bu yolla toksinlərin bədəndən çıxışı asanlaşır.

Dəniz suyundakı əsas minerallar və onların təsiri

Dəniz suyunda dörd əsas mineral mövcuddur:

* Maqnezium: dərini sakitləşdirir, əzələləri boşaldır və stres hormonlarını tənzimləyir.
* Kalium: hüceyrə yenilənməsini dəstəkləyir.
* Kalsium və natrium: dəri baryerini gücləndirir və qan dövranını yaxşılaşdırır.



İmmunitet sistemi ilə əlaqəsi varmı?

Bəli, dəniz suyu immunitet sisteminə birbaşa təsir göstərir. Duz mikrob əleyhinə antiseptik təsir göstərir. Həmçinin dəniz havasında olan mənfi ionlar tənəffüs yollarını açır, bədənə oksigen alımını artırır ki, bu da immun sistemini gücləndirir.

Dənizin ruh halına təsiri necədir?

Dənizə baxmaq sonsuzluq və bütövlük hissi yaradır. Dənizə girmək insanı rahatladır. Dalğaların ritmi beyni sakitləşdirir. Araşdırmalara əsasən, dəniz kənarında vaxt keçirmək və suya girmək stres və narahatlığı azaldır. Mavi rənglər də sinir sisteminə sakitləşdirici siqnallar göndərir.



Dalğa səslərinin beyin dalğalarına təsiri

Dalğa səsləri beyni alfa dalğalarına kökləyir ki, bu da meditasiya və rahatlama vəziyyəti deməkdir. Beyin bu ritmik səsləri beşik kimi qəbul edir və bədəni rahatlaşdırır.

Dəniz niyə meditasiya üçün ideal mühitdir?

Dənizdə olanda təbiətin ritmi ilə asanlıqla uyğunlaşırıq. Dalğa səsləri, yumşaq külək, duz qoxusu və səma birlikdə "indiki an” hissi yaradır. Bu isə diqqəti cəmləməyi və meditasiya prosesini dərinləşdirir.



Dəniz duzunun dəriyə və enerji sahəsinə təsiri

Dəniz duzu dəridəki ölü hüceyrələri təmizləməklə yanaşı, bədəni əhatə edən enerji sahəsini – auranı da təmizləyir. Enerji müalicəçiləri duzlu suyu təbii "enerji təmizləyici” kimi qəbul edirlər.

Duzlu su neqativ enerjini təmizləyirmi?

Spiritüal ənənələrə görə duz neqativ enerjini udur və neytrallaşdırır. Elmi baxımdan mənfi ionların insanın ruh halına müsbət təsir etdiyi sübut olunub ki, bu da enerjinin təmizlənməsini izah edə bilər.

Qum və daş üzərində ayaqyalın gəzməyin faydaları

Ayaqdakı sinir uclarına masaj edir, əzələləri təbii şəkildə işlədir. Yer ilə bədən arasında birbaşa enerji əlaqəsi qurur. Stresi azaldır və rahatlıq hissi verir.



Topraqlama (earthing) dəniz kənarında daha təsirlidirmi?

Bəli, xüsusilə nəm qum və dəniz suyu elektrik keçirici olduğu üçün topraqlama daha effektiv olur. Bu, bədəndəki sərbəst radikalların azalmasına və iltihabların yüngülləşməsinə yardım edə bilər.

Qumla masajın təsirləri

Qum təbii peeling təsiri göstərir. Bədənlə yer arasında sürtünmə nəticəsində gündəlik stress kimi artıq enerji bədəndən çıxarılır. Əl və ayaq nahiyələrində sıxılmış enerjini balanslaşdırmaq üçün istifadə oluna bilər.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->