Aprel döyüşləri şəhidi Orxan Hümmətovun atası vəfat edib.
Şəhid atası Kazım Hümmətov ötən gün Şəkidə 63 yaşında dünyasını dəyişib.
Onun onkoloji xəstəlikdən həyatını itirdiyi bildirilir.
Qeyd edək ki, O. Hümmətov 4 noyabr 1992-ci ildə Şəki rayonunun Kiş kəndində anadan olub. Aprel döyüşlərində Tərtər rayonunun Talış kəndi istiqamətində döyüşlərdə kəşfiyyatçı olaraq vuruşub. 2016-cı ilin aprelin 2-si həmin istiqamətdə şəhid olub.
Ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə "Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilib.//Qafqazinfo
Şərhlər