Xəbər lenti

Ayaz Salayev:
Sənət 15:10 02.08.2025

Ayaz Salayev: "Bu gün mənim üçün ikiqat bayramdır".

"Bu gün mənim üçün ikiqat bayramdır: həm Milli Kino Günü, həm də 65 illik yubileyimdir".

Bunu Qaynarinfo-ya açıqlamasında kinorejissor, Əməkdar incəsənət xadimi Ayaz Salayev deyib. 

O, 65 illik yubileyi münasibətilə Mədəniyyət Nazirliyinin Fəxri diplomuna layiq görülüb:

"Əslində bu, mənim üçün ikiqat sevincdir: doğum günüm və Milli Kino Günü. Arada bir gün fərq olsa da, mən bunu eyni gün hesab edirəm. Çünki həyatımı kinosuz təsəvvür etməyim çətindir. Bu əziz gündə bütün kino işçilərinin bayramını təbrik edirəm. Mənim sənətimə dəyər verən hər kəsə təşəkkürümü bildirirəm".

Qeyd edək ki, kinorejissor Ayaz Salayev 65 illik yubileyi ilə əlaqədar Mədəniyyət Nazirliyinin Fəxri diplomuna layiq görülüb.

Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->