Xəbər lenti

Daha bir yunan-Roma güləşçimiz Avropa çempionu oldu
İdman 22:06 22.04.2026

Daha bir yunan-Roma güləşçimiz Avropa çempionu oldu

Azərbaycanın daha bir yunan-Roma güləşçisi Qurban Qurbanov Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

Qaynarinfo xəbər verir ki, 82 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz birinci yer uğrunda qarşılaşmada Adlet Tyulbayevə (UWW) qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.

Bununla da, təmsilçilərimiz günü 2 qızıl və 1 bürünc medalla başa vurublar.

Qeyd edək ki, Avropa çempionatı aprelin 26-da başa çatacaq. Daha əvvəl yunan-Roma güləşçilərindən Həsrət Cəfərov (67 kq) qızıl, Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq) və İslam Abbasov (87 kq) bürünc medal qazanıb.
--> -->