Belçika hökuməti əhalini "şoka hazır olmağa” çağıraraq, fövqəladə vəziyyətlər zamanı ən azı üç gün müstəqil şəkildə yaşamağa imkan verən təcili yardım dəstləri hazırlamağı tövsiyə edib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Digi24” portalı yazır.
Təşəbbüs həm beynəlxalq qeyri-sabitlik fonu, həm də daşqınlar və iqlim dəyişikliyinin nəticələri kimi təbii fəlakət riskləri ilə əlaqələndirilir. Bu barədə Belçikanın daxili işlər naziri Bernar Kenten bildirib.
Dəstlərə nələr daxil olmalıdır?
Vətəndaşlara evdə su, dərman və gündəlik ərzaq ehtiyatı saxlamaq, həmçinin evakuasiya üçün ayrıca "təcili çanta” hazırlamaq tövsiyə olunur.
Bu çantaya aşağıdakılar daxil edilməlidir:
* sənədlər və gigiyena vasitələri
* ilk yardım çantası
* şarj cihazı və portativ enerji mənbəyi
* çoxfunksiyalı bıçaq və fit
* su (adambaşına ən azı 1 litr)
* uzunmüddətli saxlanıla bilən ərzaq
* qələm və kağız
Eyni zamanda radio cihazı saxlamaq və çoxmənzilli binalarda və ya icmalarda birgə ehtiyatlar yaratmaq tövsiyə olunur ki, böhran zamanı insanlar bir-birinə dəstək göstərə bilsin.
Bu kampaniya Avropa Komissiyasının Ukraynadakı müharibə və ümumi təhlükəsizlik risklərinin artması fonunda irəli sürdüyü "Hazırlıq 2030” strategiyasının tərkib hissəsidir.
Avropa İttifaqının böhran idarəçiliyi üzrə komissarı Haja Lahbib təşəbbüsü alqışlayaraq, bunu əhalinin dayanıqlığının artırılması üçün vacib addım adlandırıb.
Aydın
Şərhlər