Xəbər lenti

İçməli və tullantı su təchizatına qoşulma üzrə tələb olunan sənədlər - Maarifləndirmə
Ölkə 11:23 23.04.2026

İçməli və tullantı su təchizatına qoşulma üzrə tələb olunan sənədlər - Maarifləndirmə

Tikinti obyektlərinin su və tullantı su təchizatına qoşulmasını özündə əks etdirəni qaydalar 2024-cü ilin oktyabrından qüvvəyə minib. 

Qaynarinfo xəbər verir ki, Nazirlər Kabinetinin qərarı ilə həmin ilin iyununda təsdiqlənmiş qaydalar vətəndaşların təchizata qoşulmasını kifayət qədər asanlaşdıraraq səmərəli mühitin yaradılmasını ehtiva edir. 

Bu qaydalarla bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti mütəmadi olaraq ictimaiyyətə maarifləndirici məlumatlar təqdim edir. 

Bu dəfə təqdim olunan məlumatda su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulma üzrə tələb olunan sənədlərin siyahısı ilə tanış ola bilərsiniz.


--> -->