Xəbər lenti

Büdcə layihəsi ilə bağlı risklər açıqlandı
Ekonomiks 11:48 04.11.2025

Büdcə layihəsi ilə bağlı risklər açıqlandı

Bir sıra amillər dövlət maliyyə sabitliyinə təsir göstərə bilər.

Qaynarinfo xəbər veri ki bu barədə Hesablama Palatasının büdcə ilə bağlı verdiyi rəydə bildirilir.

Palatanın rəyində bildrilir ki, 2025-ci ilin 9 ayında dövlət büdcəsinin kassa əsaslı vergi daxilolmalarında artıq ödəmələr 290,2 milyon manat artıb. Bu tendensiya ortamüddətli dövrdə proqnozlaşdırılan vergi daxilolmalarının icrasına əlavə təzyiq yaradır, gəlirlərin dayanıqlılığının obyektiv qiymətləndirilməsini çətinləşdirir və planlaşdırma prosesində əlavə risklər formalaşdırır.

Bundan başqa, ortamüddətli dövrdə daxili dövlət borcunun müddət strukturu büdcə xərclərinə birbaşa təsir edən əsas amillərdən biridir. Daxili borcun yenidən maliyyələşdirilməsi faiz xərclərinin artmasına səbəb ola bilər. Xarici borcun valyuta strukturunun 85,2%-nin ABŞ dollarında olması və ümumi borcun təxminən yarısının dəyişkən faizli olması da risk amili kimi qeyd olunur.

Palata qeyd edir ki, valyutaya tələbin artması və beynəlxalq maliyyə bazarlarında faiz dərəcələrinin yüksəlməsi şəraitində xarici borca xidmət xərcləri artacaq. Növbəti ildə dövlət borcuna xidmət xərclərinin 2 milyard 457,6 milyon manat, faiz ödənişlərinin isə 1 milyard 380,6 milyon manat təşkil edəcəyi proqnozlaşdırılır.

2024-cü ilin əvvəlinə bu göstərici 54,2%, ilin sonuna isə 51,7 % səviyyəsində olub. Müsbət dinamika müşahidə olunsa da, Hesablama Palatası bildirir ki, pensiya sisteminin davamlılığını təmin etmək üçün daha çevik hüquqi baza və mexanizmlərin formalaşdırılması vacibdir.

Qafqaz Rafiqoğlu

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->