Bəzi dövlət qurumlarında nzərdə tutulan layihələrlə bağlı maliyyələşmə aparılmayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Hesablama Palatasının "2026-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinə verdiyi Rəydə bildirilir.
Maliyyələşməyən layihələr bunlardır:
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin 82 milyon 83,8 min manat məbləğində 13, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin 59 milyon 775,5 min manat dəyərində 3, Mədəniyyət Nazirliyinin 27 milyon 413,4 min manat məbləğində 8, "Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti" Publik Hüquqi Şəxsin 12 milyon 398,1 min manat dəyərində 11, "Təmiz Şəhər" ASC-nin 9 milyon manat dəyərində 1, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 7 milyon 419,4 min manat məbləğində 7, Elm və Təhsil Nazirliyi 6 milyon 975,9 min manat dəyərində 2, Qazax Rayon İcra Hakimiyyətinin 5 milyon manat məbləğində 1, 1 məxfi qurumun 3 milyon manat dəyərində 3, Kənd Təsərrüfatı Nazirliyi 850 min manat dəyərində 4, "Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti" Publik Hüquqi Şəxsin 457,9 min manat məbləğində 1, "Azərenerji" ASC-nin 218,6 min manat məbləğində 1 layihəsinin maliyyələşməsi aparılmayıb.
Qafqaz Rafiqoğlu
Şərhlər