Bakı Slavyan Universiteti (BSU) "Seft Consulting” MMC ilə satınalma müqaviləsi bağlayacaq.
Qaynarinfo-nun məlumatına görə, şirkət BSU-nun dayanıqlı inkişafın təmin edilməsi üçün potensialın artırılması xidmətinin satın alınması ilə bağlı keçirdiyi tenderin qalibi seçilib. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 555 780 manatdır.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə "Seft Consulting” MMC 23 dekabr 2023-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Səbail rayonu, İbrahim Məmmədov küçəsi, ev 2A, mənzil 11-də yerləşir. MMC-nin qanuni təmsilçisi Ağamirov Mircəlal Mirmehdi oğludur.
Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında heç bir məlumata rast gəlinmir.
"Seft Consulting” MMC 2022-ci ildə Kənd Təsərrüfai Nazirliyi yanında Aqrar İnkişaf və Kredit Fondu ilə 96 760 manat dəyərində satınalma müqaviləsi imzalayıb. Müqavilə məsləhət xidmətinin satın alınması ilə bağlı olub.
Seyid
Şərhlər