Xəbər lenti

Prezident deputatla bağlı sərəncam imzaladı
Siyasət 15:20 16.04.2026

Prezident deputatla bağlı sərəncam imzaladı

Hikmət Baba oğlu Məmmədov "Şöhrət" ordeni ilə təltif edilib.

Qaynarinfo xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncamla o mükafata Azərbaycanın ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə layiq görülüb.

Qeyd edək ki, 1966-cı ildə anadan olan Hikmət Babaoğlunun sabah 60 illik yubileyidir. O, Milli Məclisin deputatı (V, VI və VII çağırış), siyasi elmlər doktoru, professor, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədrinin müavini, YAP-ın Mərkəzi Aparatı ilə Milli Məclisdə təmsil olunan deputat qrupu arasında əlaqələndiricidir və "Yeni Azərbaycan" qəzetinin baş redaktoru (2008–2021) olub.
--> -->