Bakıda gec gəldiyinə görə irad bildirən sərnişini döyən 76 saylı marşrut avtobusunun sürücüsünə hökm oxunub.
Qaynarinfo-nun məlumatına görə, 1981-ci il təvəllüdlü D.F. barəsində Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə cinayət işi açılıb və işə məhkəmə baxılıb.
Məlum olub ki, 76 saylı xətt üzrə hərəkət edən avtobusda bir ilə yaxındır sürücü işləyən D.F. Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, "Mədinə" mərasim evinin yanında M.B. adlı sərnişini döyüb. Belə ki, Bakıxanov qəsəbəsi ərazisindəki tikintilərdə mühafizəçi işlə zərərkəmiş şəxs "Mədinə" mərasim evinin yanında dayanaraq 76 saylı xətt üzrə hərəkət edən sərnişin avtobusunu gözləyib. Gözlədiyi avtobus gələn zaman o, sürücüdən gec gəlməsinin səbəbini soruşub. Sürücü isə kobud cavab verərək "özüm bilərəm" deyib.
M.B. sürücüyə "qudurmusan" deyib. Bu ifadəyə cavab olaraq sürücü sərnişinin ailəsini söyməyə başlayıb. Daha sonra D.F. avtobusu yolun kənarında saxlayıb və M.B.-nın boynundan möhkəm tutaraq sıxmağa başlayıb, boğazını sıxmağa başlayıb. Boğulma təhlüksində olan M.B.-nı avtobusda olan sərnişinlər xilas ediblər.
Daha sonra sərnişin DİN-in 102 xidmətinə zəng edərək məlumat verib. Məhkmənin qərarı ilə D.F.ya aylıq qazancının 15 faizi dövlət nəfinə tutulmaqla 9 ay müddətinə islah işləri cəzası təyin edilib.
Aydın
Şərhlər