Fövqəladə hallar naziri Kəmaləddin Heydərova məxsus şirkət kimi tanınan "Gilan Dəri" MMC-nin (Gilan Dəri Emalı Zavodu) vergi borcu yaranıb.
Qaynarinfo xəbər verir ki, şirkətin hazırda 17 018,82 vergi borcu var.
"Gilan Dəri" MMC 26 avqust 2006-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 4 325 000 manat təşkil edir. MMC-nin qanuni təmsilçisi Mehdiyev Yalçın Arif oğludur.
Mediada Kəmaləddin Heydərovun biznesi haqqında dərc edilən araşdırma materiallarında Gilan Dər Emalı Zavodunun nazirə məxsus olduğu iddia edilir. Bu iddia indiyədək təkzib edilməyib.
Kəmaləddin Heydərov 2006-cı ildən fövqəladə hallar naziri vəzifəsində çalışır.
Seyid
Şərhlər