Xəbər lenti

Azad Məcidov təqaüdə göndərildi
Ölkə 20:05 07.05.2025

Azad Məcidov təqaüdə göndərildi

Bakı Ağır Cinayətlər Məhkəməsinin 65 yaşlı hakimi Azad Məcidov təqaüdə göndərilib.

Qaynarinfo E-huquq.az-a istinadən xəbər verir ki, tanınmış hakim bu gün son hökmünü oxuyub.

Belə ki, o, Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda dələduzluq), 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma) və 213.1-ci (xeyli miqdarda vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma) maddələri ilə təqsirləndirilən 3 nəfərə - Elnur Əzimov, Miskin Hümbətov və Anar Əliyevə 15 ilədək həbs cəzası təyin edib.

Bu məhkəmə iclasından sonra A.Məcidovun hakimlik fəaliyyəti başa çatıb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->