Xəbər lenti

Bakıda qadın estetik əməliyyatlarına pul verməyən kişinin başını əzdi - Cinayət işi açıldı
Ölkə 13:43 07.05.2025

Bakıda qadın estetik əməliyyatlarına pul verməyən kişinin başını əzdi - Cinayət işi açıldı

Nərimanov rayonu, Təbriz küçəsinin kəsişməsində yerləşən və ictimai yer hesab olunan "Green Kafe"də qeyri-rəsmi ailə münasibətlərində olduğu şəxsi vuran qadın barəsində cinayət işi açılıb.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, 1985-ci il təvəllüdlü, Bakı şəhərində anadan olmuş Sabrina Məmmədova (şərti) barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə cinayət işi başlanıb və iş məhkəməyə göndərilib.

Məhkəmə araşdırması zamanı müəyyən edilib ki, Sabrina Məmmədova təxminən 7-8 il qeyri-rəsmi münasibətdə olduğu Elçin adlı şəxsdən estetik əməliyyatlar üçün 10-15 min manat məbləğində pul tələb edib. Elçin bu tələbi yerinə yetirməkdən imtina etdikdə aralarında mübahisə yaranıb və onlar ayrılmaq qərarına gəliblər.

Hadisədən bir müddət sonra Elçin dostu ilə birlikdə "Green Kafe"də olarkən Sabrina Məmmədova ora gələrək ona yaxınlaşıb. Məhkəmənin materiallarına əsasən, qadın yüksək səslə Elçinə təhqirlər yağdırıb və daha sonra masanın üzərindəki mobil telefonu götürərək bir neçə dəfə onun başına çırpıb. Nəticədə Elçin yüngül dərəcəli bədən xəsarətləri alıb.

Zərərçəkmiş şəxs ifadəsində bildirib ki, qadının ondan dəfələrlə estetik əməliyyatlar və ev üçün pul istədiyini, bu səbəbdən münasibətlərində gərginlik yarandığını və hadisəyə görə onu bağışlamadığını deyib.

Məhkəmənin qərarı ilə Sabrina Məmmədova 800 manat cərimə edilib.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->