Xəbər lenti

Azərbaycanda məhkəmə sədri özü barəsində qərar qəbul etdi
Ölkə 10:21 05.05.2025

Azərbaycanda məhkəmə sədri özü barəsində qərar qəbul etdi

Naxçıvan Şəhər Məhkəməsinin sədri Gülnar Səfərəliyeva ona böhtan atıldığını iddia edərək məhkəməyə müraciət edib.

Modern.az-ın məlumatına görə, o, adı açıqlanmayan şəxs barəsində Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə xüsusi ittiham qaydasında şikayət verib.

İşə hakim Əliyeva Gülsüm Kamal qızı baxmalı idi. Lakin o, şikayətçinin məhkəmə sədri olduğunu əsas gətirərək özü-özünə etiraz edib – yəni işə baxmaqdan imtina edib.

Hüquqi prosedura görə, qərara məhkəmə sədri özü baxmalıdır. Gülnar Səfərəliyeva isə bildirib ki, iş özünə aid olduğu üçün qərar verə bilməz.

Beləliklə, Gülnar Səfərəliyeva özü barəsində qərar qəbul edib və qanunvericiliyə əsasən, özü özünə etiraz edib. Həm iş, həm də etiraz Naxçıvan Ali Məhkəməsinin cinayət kollegiyasına göndərilib.


Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->