Xəbər lenti

Azərbaycanda Əfqanıstan vətəndaşları həbs edilib
Sənət 10:40 19.12.2025

Azərbaycanda Əfqanıstan vətəndaşları həbs edilib

Dövlət sərhədini qanunsuz yolla keçən Əfqanıstan vətəndaşları həbs ediliblər. Hadisə aprelin 30-da baş verib.

Belə ki, 2005-ci və 1999-cu il təvəllüdlü Əfqanıstan vətəndaşları İrandan Azərbaycanın Astara rayonunun Qapıçıməhəllə kəndi ərazisinə qanunsuz olaraq keçiblər.

Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən aşkar edilərək, "Dayan!" çağırış komandası verilib, dövlət sərhəd xəttindən təxminən 15 metr məsafədə saxlanılıblar.

Astara Rayon Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 318.2-ci maddəsi ilə təqsirli bilinərək iki il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Onların cəzalarını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmasına dair qərar qəbul edilib.//Oxu.az

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->