Xəbər lenti

Azərbaycanda bu zavodun ərazisi özəlləşdirildi -  1 milyon manata
Ekonomiks 17:24 07.08.2025

Azərbaycanda bu zavodun ərazisi özəlləşdirildi - 1 milyon manata

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi növbəti hərracda 1 müəssisə və 12 nəqliyyat vasitəsi özəlləşdirilib.

Qaynarinfo quruma istinadən xəbər verir ki, hərraca çıxarılan nəqliyyat vasitələrinə ümumilikdə 35 sifariş qəbul edilib. Bunlardan 12-si onlayn qaydada həyata keçirilib.

Hərracda özəlləşdirilən müəssisə - əvvəllər kərpic zavodu kimi fəaliyyət göstərmiş obyekt Şəki rayonunun Daşüz kəndində yerləşir. Sahəsi 14 900 kvadratmetr, torpaq sahəsi 85 368 kvadratmetr olan əmlak 1 milyon manata satılıb.

Hərracda satılan dövlət əmlakının siyahısı ilə https://shorturl.at/NyeTm linki vasitəsilə tanış olmaq mümkündür.

Növbəti hərraclar 12 və 19 avqust tarixlərində keçiriləcək. Hərraca çıxarılan əmlak siyahısı ilə https://shorturl.at/coCpP linki vasitəsilə tanış olmaq mümkündür.

Hərraclarda iştirak etmək istəyən şəxslər "www.emlak.gov.az” və "www.auksion.gov.az” internet səhifələri vasitəsilə hərraca çıxarılan əmlak üzrə seçim edə bilərlər.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->