Xəbər lenti

Azərbaycan Tibb Universitetinin əməkdaşlarının maaşı artırıldı
Ölkə 21:07 28.12.2022

Azərbaycan Tibb Universitetinin əməkdaşlarının maaşı artırıldı

Azərbaycan Tibb Universitetində çalışan professor-müəllim, tədris-köməkçi, mühəndis-texniki heyətin və inzibati-təsərrüfat işçilərinin vəzifə maaşları 2023-cü il yanvarın 1-dən orta hesabla 20%, onlara verilən əlavə əməkhaqqı isə 10% artırılacaq.

Ali məktəbdən  bildirilib ki, bu barədə ATU-nun Böyük Elmi Şurasının iclasında qərar qəbul olunub.

Rektor, professor Gəray Gəraybəyli bu artımın son illərdə universitetimizə qəbul edilən xarici vətəndaşların sayının çoxalması sayəsində mümkün olduğunu deyib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->