Xəbər lenti

Azərbaycan klubu rusiyalı baş məşqçi gətirdi
İdman 17:45 27.08.2025

Azərbaycan klubu rusiyalı baş məşqçi gətirdi

"Murov Az Terminal" klubunun kişilərdən ibarət voleybol komandasına yeni baş məşqçi təyin olunub.

Bu barədə "Report"a klubun baş meneceri Şiraslan Kərimov məlumat verib.

Komanda Ruslan Jbankova tapşırılıb. 55 yaşlı rusiyalı mütəxəssislə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, "Murov Az Terminal" ötən mövsüm Azərbaycan çempionatının gümüş medallarını qazanıb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->