Xəbər lenti

AMİP nümayəndələri beynəlxalq yaz məktəbində iştirak ediblər
Ölkə 10:47 07.05.2025

AMİP nümayəndələri beynəlxalq yaz məktəbində iştirak ediblər

İsveçdə keçirilən "Azad Cəmiyyətin Prinsipləri” (Spring School 2025) beynəlxalq yaz məktəbində Azərbaycanı AMİP-in Gənclər Təşkilatının nümayəndələri təmsil edir.
 
Yaz məktəbi İsveçin hakimiyyətdə olan Moderat partiyasının Jarl Hjalmarson Fondu (JHS) tərəfindən təşkil olunub və gənc siyasi fəalların azad cəmiyyətin əsas prinsipləri ilə tanış olmalarını, təcrübə mübadiləsi aparmalarını və beynəlxalq dialoqu təşviq etmələrini hədəfləyir. Proqram çərçivəsində iştirakçılar bir sıra vacib mövzular üzrə – hüququn aliliyi, demokratik institutların gücləndirilməsi və fərdi azadlıqlar – interaktiv təlimlərdə iştirak edirlər.
 
AMİP-in gənc nümayəndələri Azərbaycan cəmiyyətindəki dəyişikliklər, gənclərin rolu və demokratik dəyərlərin təşviqi ilə bağlı təqdimatları həm tədbir iştirakçıları, həm də təşkilatçılar tərəfindən yüksək qiymətləndirilib. Yaz məktəbində Moldova, Gürcüstan, Belarus, Ukrayna və ev sahibi İsveçin Moderat partiyasının Gənclər Təşkilatının nümayəndələri də iştirak edir. Bu tədbir, müxtəlif ölkələrin gənc liderləri üçün qarşılıqlı anlaşma və əməkdaşlıq imkanları yaradan mühüm bir platformadır. Azərbaycan nümayəndələrinin bu nüfuzlu tədbirdə iştirakı, ölkəmizin gənclərinin beynəlxalq siyasi maarifləndirmə proqramlarında fəal iştirakını və demokratiya, azad cəmiyyət kimi dəyərlərə sadiqliyini bir daha nümayiş etdirir. 

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->