Xəbər lenti

Aİ-dən genişlənmə mesajı:
Dünya 10:57 21.04.2026

Aİ-dən genişlənmə mesajı: "Avropa tamamlanmalıdır"

"Avropa İttifaqının genişlənməsi geosiyasi zərurətdi və üzv ölkələri bu istiqamətdə daha qəti addımlar atmalıdır".
 
Qaynarinfo xəbər verir ki, bunu Avropa İttifaqı Komissiyasının sədri Ursula von der Leyen deyib.

Avropa İttifaqı Komissiyasının sədri qeyd edib ki, qitənin gələcəyi üçün genişlənmə prosesi vacibdir və Avropa Rusiya, Türkiyə və Çin kimi güclərin təsirinə açıq buraxılmamalıdır.
 
"Avropa qitəsini tamamlamalıyıq ki, başqa təsir dairələrinə düşməsin. Daha böyük və geosiyasi düşünməliyik”, – deyə o vurğulayıb.

Almaniyanın Hamburq şəhərində keçirilən "Die Zeit” qəzetinin 80 illik yubiley tədbirində çıxış edən von der Leyen Aİ-nin genişlənməsini açıq şəkildə dəstəklədiyini bildirib.

Komissiya sədri çıxışında Avropanın əvvəlki iqtisadi modelinin artıq işləmədiyini də qeyd edib. Onun sözlərinə görə, Aİ uzun illər ucuz enerji üçün Rusiyaya, ucuz işçi qüvvəsi üçün Çinə, təhlükəsizlik üçün isə ABŞ-a güvənib, lakin bu mərhələ başa çatıb. "Özümüzü yenidən qurmalı və daha müstəqil olmalıyıq”, – deyə o bildirib.

Enerji siyasətindən danışan Komissiya sədri bərpa olunan mənbələrlə yanaşı nüvə enerjisinin də vacibliyini qeyd edib və "Nüvə enerjisindən imtina səhv idi” fikrini səsləndirib.

Bununla yanaşı, o, rəqəmsal mühitdə uşaqların qorunması üçün ümumi Avropa yanaşmasına ehtiyac olduğunu bildirib və sosial media platformalarına qarşı daha sərt tədbirlərin görülməsinin vacibliyini qeyd edib.
 
Günay
--> -->