Xəbər lenti

Bakı metrosu fəaliyyətini bərpa etdi (YENİLƏNİB)
Ekonomiks 15:22 21.04.2026

Bakı metrosu fəaliyyətini bərpa etdi (YENİLƏNİB)

"Bakı Metropoliteni" QSC-nin fəaliyyəti bərpa olunub.

Qaynarinfo səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, xətlər üzrə qatarlararası intervallar qorunmaqla hərəkət tam təmin edilib.

"Yaranmış narahatlığa görə sərnişinlərdən bir daha üzr istəyir, göstərilən anlayışa görə təşəkkür edirik", - deyə metro bəyan edib.

14:55
 
"Bakı Metropoliteni" QSC-nin fəaliyyəti saat 15:00-da bərpa ediləcək.

Qaynarinfo xəbər verir ki, bu barədə QSC-nin mətbuat xidməti məlumat yayıb.
 
12:47
 
"Bakı Metropoliteni" QSC-nin əməkdaşları və sərnişinlərin həyatı üçün hər hansı təhlükə qeydə alınmayıb.

Bu barədə Qaynarinfo-ya səhmdar cəmiyyətindən bildirilib.

Hazırda texniki nasazlığın aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.
 

12.33
 
"Bakı Metropoliteni" QSC-nin bütün stansiyalarında sərnişinlərin girişinə müvəqqəti məhdudiyyət tətbiq edilib.

Bu barədə Qaynarinfo səhmdar cəmiyyətindən bildirilib.

İlkin məlumata əsasən, bu gün saat 12:10 radələrində "Ulduz–Nərimanov" mənzilində təmas relsinə yüksək gərginliyin verilməsində nasazlıq yaranıb.

Təhlükəsizlik məqsədilə "Ulduz" və "Nərimanov" stansiyalarında sərnişinlərin təxliyəsi həyata keçirilir. Bu səbəbdən qatarların "Nərimanov–Əhmədli" istiqamətində hərəkəti məhdudlaşdırılıb.

"Hazırda problemin aradan qaldırılması və gərginliyin bərpası istiqamətində tədbirlər görülür. Əlavə məlumat veriləcək", - məlumatda qeyd olunub.
--> -->