Xəbər lenti

ABŞ-da rüsumlara görə rekord sayda yükdaşıma ləğv olunur
Dünya 23:55 02.05.2025

ABŞ-da rüsumlara görə rekord sayda yükdaşıma ləğv olunur

ABŞ-da rekord sayda yükdaşıma marşrutu ləğv edilir və bu, amerikalıların tətbiq etdiyi gömrük rüsumları ilə bağlıdır.

Qaynarinfo xəbər verir ki, bu barədə Niderlandın ticarət və logistika üzrə biznes assosiasiyası olan "Evofenedex"in mətbuat katibi Renate Veymenqa "RIA Novosti"yə müsahibəsində məlumat verib.

Söhbət ölkəyə həyata keçirilən beynəlxalq yükdaşımalarından gedir.

"Biz hazırda dünyada 80 konteyner gəmisinin ya marşrutunu dəyişdirdiyini, ya da onu tamamilə ləğv etdiyini müşahidə edirik. Bu, ümumi yük gəmilərinin 20 faizini təşkil edir. Müqayisə üçün deyək ki, COVID-19 böhranının pik vaxtında bu rəqəm 50 idi. Bu hal qlobal yükdaşımalara və ticarətə artıq əhəmiyyətli dərəcədə təsir edib və biz yaxın həftələrdə yeni pozuntuların da olacağını istisna etmirik", deyə assosiasiyanın siyasi müşaviri Kaspar Rurade bildirib.

"Evofenedex" nümayəndələri qeyd ediblər ki, ABŞ-ın rüsumlarının bütün nəticələrini hazırda dəqiq qiymətləndirmək çətindir. Bununla belə, marşrutların ləğvi və ya dəyişdirilməsi müəssisələr üçün təchizat zəncirinin etibarlılığına birbaşa təsir göstərir.

Xatırladaq ki, aprelin 2-də ABŞ Prezidenti Donald Tramp 185 ölkəyə qarşı gömrük rüsumlarının tətbiq olunduğunu elan edib. O, ABŞ-ın "yaxın-uzaq, dost və düşmən olan xalqlar tərəfindən talandığını, zorakılığa və soyğunçuluğa məruz qaldığını" bildirib. Nəticədə Vaşinqton müxtəlif ölkələrə qarşı 10 faizdən 50 faizə qədər rüsumlar tətbiq edib. Daha sonra Tramp Çindən idxal olunan məhsullara tətbiq edilən rüsumları 145 faizə yüksəldib.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->