Xəbər lenti

A Seriyası çöküşdə: Osimhen transferi İtaliya futbolunun zirvəsində yer alır
İdman 19:03 07.08.2025

A Seriyası çöküşdə: Osimhen transferi İtaliya futbolunun zirvəsində yer alır

"Qalatasaray"ın İtaliya A Seriyası təmsilçisi "Napoli"dən transfer etdiyi Viktor Osimhen İtaliya mediasında gündəmin əsas mövzularından birinə çevrilib. 

Qaynarinfo xəbər verir ki, nigeriyalı hücumçu bu mövsüm A Seriyasının ən yüksək məbləğə satılan futbolçusu olub və dünya transfer bazarında da ilk sıralarda yer alıb.

"Corriere dello Sport" nəşrində yayımlanan yazıda A Seriyasının vəziyyəti belə təsvir edilir:

"Avropa futbolunun köhnə güc mərkəzlərindən biri olan İtaliya A Seriyası artıq yalnız oyunçu satan bir liqa halına gəlib. Ulduz futbolçular Premyer Liqa, Səudiyyə Ərəbistanı və Bundesliqa kimi liqalara üz tutduğu halda, A Seriyası getdikcə arxa planda qalır. Əgər transfer dövrü bir məktəb olsaydı, A Seriyası o sinifdə "yox yazılan" şagirdə çevrilmişdi".

Premyer Liqanın diqqətçəkən transferləri:

1. Florian Virtz -"Bayer"dən "Liverpul" - 115 milyon avro
2. Benjamin Sesko "Leypsiq"dən "Mançester Yunayted"ə - 85 milyon avro
3. Viktor Gyokeres - "Sportinq"dən "Arsenal"a - 67 milyon avro

İngiltərə klubları milyonlarla avro sərf etdiyi halda, A Seriyası təmsilçiləri sakitliyə qərq olub. Hətta rəsmi açıqlanmayan transferlərdə belə ingilis klubları güclü mövqe nümayiş etdirir.

A Seriyasının bu yay transfer bazarındakı ən bahalı satışları:

1. Viktor Osimhen - "Napoli"dən "Qalatasaray"a - 75 milyon avro
2. Mateo Retegui - "Atalanta"dan "Al-Qadsiah"a - 70 milyon avro
3. Tijjani Reijnders "Milan"dan - "Mançester Siti"yə 55 milyon avro
4. Dan Ndoye - "Boloniya"dan "Nottingem Forest"ə - 42 milyon avro

Digər tərəfdən, İtaliya klublarının aldığı ən bahalı oyunçular isə bunlardır:

1. Françisko Konceisao - "Portu"dan "Yuventus"a - 32 milyon avro
2. Sem Beukema - "Bolonoya"dan "Napoli"yə - 31 milyon avro

Üstəlik, bu oyunçuların heç biri hücumçu deyil.

İtaliya futbolunda böhran dərinləşir

Liqa həm iqtisadi, həm də idman baxımından geri düşüb. Yeni ulduzları transfer edə bilməyən klublar, mövcud oyunçularını da satmağa məcburdur. Bir vaxtlar ümid vəd edən Retegui belə artıq Səudiyyə Ərəbistanına keçib. Hətta bu ölkə belə gənc istedadlara yönəlir və Neom klubu gənc yetirmələri toplayır.

Digər Avropa klubları isə meydanı boş qoymur:

* "Liverpul" yalnız Virtz deyil, "Ayntraxt Frankfurt"dan Hüqu Ekitike üçün də 95 milyon avro ödəyib
* "Bavariya" "Lierpul"dan Luis Dias üçün 70 milyon avro ödəyib
* "Barselona" iqtisadi çətinliklərinə baxmayaraq, "Manester Yunayet"dən Markus Raşford üçün 50 milyon avro ödəyib
* "Real Madrid" Xabi Alonso təsiri ilə yenidən böyük transferlərə yönəlib

A Seriyasında səhnəyə kimlər çıxır?

Artıq yaşı 30-u keçmiş və ya karyerasının düşüşündə olan futbolçular İtaliya klublarının hədəfinə çevrilib. "Napoli" 25 yaşlı Lukkaya ümid edir, "Roma" isə zədə sonrası performansı enən Ferqusonla risk edir. "Milan" transferlərə baxır, amma heç kimi heyətə qata bilmir. "Yuventus", aşağı büdcəli olsa da, Conatan David kimi ciddi hücumçunu heyətinə qatıb. Kolo Muani isə Avropada unudulmuş başqa bir nümunədir.

Tək istisna - "İnter" və Lookman

"İnter" klubunun Ademola Lookman üçün verdiyi 50 milyon avroluq təklif hazırda A Seriyasının yeganə iddialı transfer cəhdi kimi göstərilir. Digər tərəfdən, "Bolonya" Siro İmmobileni geri qaytarıb, "Fiorentina" isə 38 yaşlı Edin Dzekonu heyətə qatıb. Bəli, düz oxudunuz – Dzeko! İtaliya futbolunun yeni ümidi olaraq təqdim olunur.

Nəticə: A Seriyası artıq keçmişin kölgəsində

Nə stadionlara yatırım var, nə də diqqətçəkən transferlər. İtaliya A Seriyası bu gün yalnız parlaq keçmişini xatırlayır. Amma Avropanın zirvəsinə dönüş üçün bu, kifayət etmir.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->