Xəbər lenti

26 min manatlıq mənimsəmədə təqsirləndirilən direktor cəzalandırıldı
Ölkə 13:58 22.12.2025

26 min manatlıq mənimsəmədə təqsirləndirilən direktor cəzalandırıldı

Cəlilabad rayon Ocaqlı kənd 2 nömrəli tam orta məktəbin direktoru Azər Əsgərov 1 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında, o cümlədən kommersiya və qeyri-kommersiya təşkilatlarında rəhbər vəzifə tutma və həmin fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə 3 500 manat cərimə edilib. 

Qaynarinfo xəbər verir ki, Azər Əsgərov Cəlilabad Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 179.2.3 (Mənimsəmə və ya israf etmə - şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 179.2.4-cü (Mənimsəmə və ya israf etmə - xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə mühakimə olunub. 

İş materiallarından məlum olur ki, Azər Əsgərov məktəb direktoru olduğu dövrdə işə gəlməyən işçilərə və tədris olunmayan dərs saatlarına görə əmək haqqı ödənilməsi və digər qanunsuz yollarla ümumilikdə 26 min manatdan büdcə vəsaitini mənimsəmə və ya israf etmə yolu ilə talamaqda təqsirləndirilib. 

Məhkəmə prosesi zamanı Azər Əsgərov verilmiş ittihamla özünü təqsirli bilib. 

Seyid

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->