Xəbər lenti

1010 gün ərzində Rusiya Ukrayna ərazisinin nə qədərini işğal edib? -
Foto 09:50 18.08.2025

1010 gün ərzində Rusiya Ukrayna ərazisinin nə qədərini işğal edib? - "DeepState"

Son 1010 gün ərzində Rusiya qoşunları Ukrayna ərazisinin 1 faizindən azını işğal edib. 

Qaynarinfo xəbər verir ki, bu barədə cəbhədəki dəyişiklikləri izləyən monitorinq layihəsi "DeepState” məlumat yayıb.

"2022-ci il 12 noyabr tarixindən (həmin gün işğal olunmuş ərazi – 108 651 kv. km) bu günədək (114 493 kv. km) düşmən 5842 kv. km Ukrayna ərazisini işğal edib. Bu, beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində Ukrayna dövlətinin ümumi ərazisinin 0,96781 faizini təşkil edir”, – layihənin analitikləri bildiriblər.

Ruslar genişmiqyaslı işğalın ilk günlərində ciddi uğurlar əldə etmişdilər. Lakin ölkənin şimalında, Xarkov və Xerson vilayətlərində aparılan hücum əməliyyatları nəticəsində işğal olunmuş ərazilərin böyük hissəsini geri qaytarmaq mümkün olub.

2022-ci il 12 noyabrdan sonra düşmən aktiv hücum əməliyyatlarını davam etdirib və kiçik fasilələrlə bu günədək sürdürür. Xüsusilə ötən payızda rusların Baxmut istiqamətində fəal hücumu davam edib.

"Ümid edirik ki, bu rəqəmlər bizim amerikalı tərəfdaşlara da çatacaq, çünki onların riyaziyyatı bir az axsıyır”, – deyə "DeepState” nümayəndələri əlavə ediblər.

Xatırladaq ki, avqustun 15-də Tramp və Putin Alyaskada görüşüblər. Mənbələrin sözlərinə görə, Putin sülh müqabilində Donetsk vilayətinin verilməsini təklif edib, lakin atəşkəsə razılıq verməyib. Tramp isə Ukraynaya NATO-nun 5-ci maddəsinə bənzər təhlükəsizlik zəmanətləri vəd edir.

KİV-in məlumatına görə, Tramp Rusiya rəhbəri Vladimir Putinin müharibənin dayandırılması müqabilində Ukraynanın şərqindəki əsas ərazilərin Moskvaya verilməsini nəzərdə tutan planını dəstəkləyib.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->