Yasamalda qəbirlər başqalarının dəfni üçün təklif edilir? (VİDEO)
25 illik köhnə qəbirlərin açılaraq başqalarının dəfni üçün təklif edildiyi iddia olunur.
Xezerxeber.az xəbər verir ki, iddialar Bakının Yasamal rayonunda yerləşən Dağüstü qəbiristanlıq ərazisi ilə bağlıdır. Bildirilir ki, burada boş yer qalmadığından uzun illərdir ziyarətçisi olmayan qəbirlər başqalarına təklif olunur.
Sözügedən qəbiristanlıqda yaxınları dəfn olunan şəxslər isə bununla razılaşmırlar.
Digər şəhər sakinləri də bunun qəbuledilməz olduğunu bildirirlər.
İddialarla bağlı əvvəlcə Yasamal Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Lakin qurumdan suallarımıza Yasamal Bələdiyyəsindən cavab verilə biləcəyi bildirildi.
Bələdiyyədən isə qeyd olundu ki, Yasamal rayon ərazisində yerləşən 1 saylı Dağüstü Qəbristanlığın idarəçiliyi 2019-cu ildən Yasamal Bələdiyyəsinə təhvil verilib. Həmin ildən vəfat etmiş şəxslərin ailə üzvləri mərhumların dəfni ilə baglı Yasamal Bələdiyyəsinə müraciət etsələr də, onlara 1 saylı Dağüstü qəbristanlıq ərazisinin 1940-ci ildə salındığı və 1974-cü ildən həmin ərazinin bağlı olması barədə məlumat verilib. Bələdiyyədən o da qeyd olundu ki, vəfat etmiş şəxslərin dəfn olunması üçün yer olmadığından, ailələrin razılığı əsasında qohumların ətrafında və ya şəriət qaydalarına uyğun olaraq 25 ildən çox müddət keçmiş könhə qəbir yerləri açılaraq dəfn olunurlar.
Bəs şəriət qaydaları bu barədə nə deyir?
İlahiyyyatçı onu da vurğuladı ki, vacib səbəb olmadıqda qəbirlərin açılması dini cəhətdən uyğun görülmür.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər