Xəbər lenti

Toyunda özünə şəhidlik arzuladı, Aprel döyüşlərində arzusuna çatdı...
Ölkə 17:32 07.11.2025

Toyunda özünə şəhidlik arzuladı, Aprel döyüşlərində arzusuna çatdı...

Xəbər verdiyimiz kimi Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Pəncəli Nurməhəmməd oğlu Teymurova ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı” adı verilib. 

Qaynarinfo xəbər verir ki, Pəncəli Teymurov 1981-ci ilin 24 martında Astara rayonunun Əzərüd kəndində anadan olub. 1986–1998-ci illərdə Astara rayonu, B. Rüstəmov Asxanakəran tam orta məktəbində orta təhsil alıb. 1999-cu ildə Astara Rayon Hərbi Komisarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidməti başa vurduqdan sonra könüllü olaraq xidmətini yenicə yaradılan Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin kəşfiyyatçı-diversant taborunda davam etdirib və 17 il Azərbaycan ordusunda xidmət edib. 

Gizir Pəncəli Teymurov 2016-cı ilin aprel ayında Azərbaycan–Ermənistan təmas xəttində baş verən atışma zamanı Tərtər istiqamətində düşmənlə döyüşə girmiş və döyüş dostları - Murad Mirzəyev, Samid İmanov, Muhud Orucovla birgə Talış yüksəkliklərinin alınmasında iştirak edib və 3 aprel 2016-cı ildə döyüşdə həlak olub.

Hərbi tapşırıqları uğurla başa çatdırdığına görə müxtəlif döyüş mükafatları, medallarla təltif olunan Pəncəli ən böyük mükafatını 2015-ci ilin 24 iyununda almışdı. 2015-ci ildə işğal altında olan Kəlbəcər rayonunda xüsusi əməliyyat zamanı Ermənistan ordusuna məxsus bir neçə hərbi texnika, ağır artirelliya və iyirmidən çox hərbçi məhv edilmişdi.

Pəncəli Teymurov 2013-cü il avqust ayında ailə həyatı qurub. O, toyunda özünə şəhidliyin qismət olmasını arzu edib: "Həmişə özümə arzu etmişəm ki, Vətənim üçün şəhid olum, tabutum Azərbaycan Respublikasının üçrəngli, ay-ulduzlu bayrağına bükülüb dəfn olunmağa aparılsın".

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->