Xəbər lenti

Sənət dostları Vahid Əliyevin vida mərəsimində niyə iştirak etməyib? (ŞƏRH)
Ölkə 18:45 07.11.2025

Sənət dostları Vahid Əliyevin vida mərəsimində niyə iştirak etməyib? (ŞƏRH)

Bu gün Milli Gənc Tamaşaçılar Teatrının mərhum aktyoru, Əməkdar artist Vahid Əliyevlə vida mərasimi keçirilib. Aktyorun yaşadığı evdə keçirilən vida mərasimində mərhumun ailə üzvləri, sənət dostları iştirak ediblər. Amma mərhumun sənət dostlarının bəziləri onunla vidalaşa bilməyib. 

Xalq artisti Tariyel Qasımov Qaynarinfo-ya açıqlamasında aktyorun dəfn mərasimində iştirak etmədiyini bildirib:

"Mən Bakıda deyiləm, rayondayam. Özüm də xəstələnmişəm, bura çox soyuqdur. Vahidin ölüm xəbərini mətbuatdan oxudum. Çox pis oldum, heç bilmədim ki, nədən rəhmətə getdi".

Aktrisa Sona Əliyeva da Vahid Əliyevlə vida mərasiminə qatılmayıb:

"Mən Vahidə sağ ikən gedib dəyməli idim. Həyat yoldaşı ilə danışmışdım, dedim bayram çəkilişlərini yola verib gələcəm. Çatmadım. Amma Gənc Tamaşacılar Teatrının kollektivi orda olub".

Xalq artisti Naibə Allahverdiyeva mərhumla vida mərasimində iştirak edə bilməyib:

"Səhhətimdə problem var. Bu gün xəstəxanada müayinə olunmalı idim. Çox təəssüf edirəm ki, mərhumla vida mərasiminə qatıla bilmədim".

Xalq artisti Yasin Qarayev isə mərhumu son mənzilə yola salanlar arasında olub:

"Hər iki tədbirdə iştirak etdim. Qəbiristanlıqdan gəlirəm, sənət dostlarımız bizi bir-bir tərk edir".

Qeyd edək ki, Əməkdar artist Vahid Əliyev noyabrın 6-da dünyasını dəyişib. 

Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->