Məlum olduğu kimi, bu gün Prezident İlham Əliyevin Sərəncamı ilə Aprel şəhidi, əfsanəvi XTQ giziri Pəncəli Teymurov Milli Qəhrəman adına layiq görülüb.
Şəhidin anası Vahimə Teymurova "Qafqazinfo” ilə sevincini bölüşüb.
"10 il idi mənim gözüm yolda idi... Bütün Azərbaycan xalqını təbrik edirəm. Mən öz Prezidentimi təbrik edirəm, o bu sərəncamı verib. Kimin bu işdə əziyyəti olubsa, Allah onlara can sağlığ versin, həmişə başıuca eləsin! Azərbaycan xalqı həmişə azadlıq, əminamanlıq içərisində yaşasın! Çünki bizim övladlarımız bu azadlığı xalqımıza qazanıblar. Bu azadlıq əbədi olsun, daimi olsun! Mən çox qürur hissi keçirirəm, həddindən artıq həyəcanlıyam...”, - şəhid anası bildirib.
Qeyd edək ki, Pəncəli Teymurov 1981-ci il martın 24-də Astara rayonunun Əzərüd kəndində anadan olub. 3 aprel 2016-cı ildə 35 yaşında Aprel döyüşləri zamanı şəhid olub. "İgidliyə görə”, "Vətən uğrunda”, "Hərbi xidmətdə fərqlənməyə görə”, "Qüsursuz xidmətə görə” II-ci və III-cü dərəcəli medalları ilə təltif olunub.
Şərhlər