Xəbər lenti

Terroru maliyyələşdirməkdə təqsirləndirilən şəxsin cinayət işi məhkəmə baxışına verildi
Ölkə 15:28 04.11.2025

Terroru maliyyələşdirməkdə təqsirləndirilən şəxsin cinayət işi məhkəmə baxışına verildi

Terroru maliyyələşdirmədə təqsirləndirilən Namiq Nəbiyevin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi məhkəmə baxışına verilib.

"Report" xəbər verir ki, bu barədə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nigar İmanovanın sədrliyi ilə keçirilən məhkəmənin hazırlıq iclasında qərar verilib.

Məhkəmənin baxış iclası noyabrın 18-nə təyin olunub.

Qeyd edək ki, DTX-də başlanan cinayət işi üzrə Namiq Nəbiyevə Cinayət Məcəlləsinin 167-3.1 (dini ekstremist materialları saxlama) və 214-1-ci (terrorçuluğu maliyyələşdirmə) maddələri ilə ittiham irəli sürülüb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->