Xəbər lenti

Siqaret satışı məhdudlaşdırıldı - Qiymətlər kəskin yüksəldi
Ölkə 10:44 22.12.2025

Siqaret satışı məhdudlaşdırıldı - Qiymətlər kəskin yüksəldi

Paytaxtda bəzi market və köşklərdə siqaret satışı məhdudlaşdırılıb.

Bizim.Media-nın əldə etdiyi məlumata görə, bu barədə supermarketlərin kassirlərinə xəbərdarlıq edilib.

Belə ki, müştərilərə eyni siqaretdən bir paket, israr ediləcəyi təqdirdə maksimum iki paket satmaq tapşırılıb.

Bu addımın atılması şirkətlərin satışı dayandırması ilə əlaqələndirilib. Problemin yanvarın 6-dək davam edəcəyi gözlənilir.

Onu da qeyd edək ki, qıtlıq səbəbindən paytaxtın bir sıra köşklərində siqaretlər vitrinlərdən yığışdırılıb və qiymətlər kəskin artırılıb. Belə ki, 4.80 manata təklif olunan "Sobranie” siqaretinin qiyməti bu gündən etibarən 5.50 manata yüksəlib. Digər siqaretlərin də qiymətində 15-20 faiz artım var. Üstəlik, həmsöhbət olduğumuz satıcılar qiymətin daha da yüksələcəyini qeyd ediblər. 

Qeyd edək ki, məsələ ilə bağlı hələlik rəsmi açıqlama yoxdur. 

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->